Aİİ ölkələrində qazın qiyməti Avropadan beş dəfə aşağıdır
Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr təbii qazı Avropa bazarındakı qiymətdən təxminən beş dəfə ucuz alırlar.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin bunu Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Avropa bazarında 1 000 kubmetr qazın qiyməti 900 dollara çatıb. Aİİ ölkələri isə eyni həcmdə qazı 200 dollardan aşağı qiymətə əldə etmək imkanına malikdir.
Mişustin qeyd edib ki, qiymətlər arasındakı fərq Aİİ ölkələri üçün yüz milyonlarla dollar həcmində iqtisadi üstünlük yaradır.
Rusiya hökumətinin başçısı bildirib ki, enerji bazarının ümumi və səmərəli fəaliyyət göstərməsi Aİİ üzvlərinə daha aşağı yanacaq qiymətlərindən yararlanmağa imkan verir.
21:05 02.10.2026
Oxunuş sayı: 42