Məşhur siyasətçinin qızı Rusiyada “xarici agent” elan edildi
Rusiya Ədliyyə Nazirliyi siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanı “xarici agentlər” reyestrinə daxil edib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə Rusiya Ədliyyə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Nazirliyin məlumatına görə, Janna Nemtsova Rusiya hakimiyyətinin qərarları və siyasəti barədə “yanlış məlumatlar” yaymaqda, Ukraynadakı hərbi əməliyyata qarşı çıxmaqda və xarici agentlərin materiallarının hazırlanması və yayılmasında iştirak etməkdə ittiham olunur.
Bundan əlavə, Rusiya Ədliyyə Nazirliyi onun Rusiyada “arzuolunmaz” elan edilmiş təşkilatın təsisçisi olduğunu, xarici agentlərlə əlaqə saxladığını və ölkə hüdudlarından kənarda yaşadığını bildirib.
Janna Nemtsova ilə yanaşı, “Komanda Navalnogo” və “Reanimasiya” informasiya resursları, həmçinin aktivist Rustam Xuajevi də “xarici agentlər” reyestrinə daxil edilib.
Nemtsova daha əvvəl Rusiyada “arzuolunmaz” təşkilatın fəaliyyətinin təşkili ilə bağlı cinayət işi üzrə beynəlxalq axtarışa verilmişdi.
20:12 02.10.2026
Oxunuş sayı: 41