Almaniyada Mertsə qarşı narazılıq rekord həddə çatıb
Almaniya kansleri Fridrix Mertsə qarşı narazılıq səviyyəsi yeni rekord həddə yüksəlib.
Crossmedia.az “Bild” qəzetinə istinadən xəbər verir.
Sorğuda iştirak edənlərin yalnız 16 faizi Mertsin fəaliyyətini müsbət qiymətləndirib.
Respondentlərin 78 faizi kanslerin işindən narazı olduğunu bildirib, 6 faizi isə cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Almaniyada hökumət rəhbərinə ictimai dəstəyin azaldığını göstərir.
23:42 15.08.2026
Oxunuş sayı: 49