Yalan insanı həqiqətdən uzaqlaşdırır - İran ABŞ-yə ədəbi mesaj göndərdi
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İrana və regiona yönəlmiş siyasətini tənqid edib və bu siyasəti yalanlardan həddindən artıq asılı olmaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İran XİN-in nümayəndəsi İsmayıl Bəqai sosial şəbəkədə rus yazıçısı Fyodor Dostoyevskinin Karamazov qardaşları əsərindən sitat paylaşaraq ABŞ siyasətinə münasibət bildirib.
“Özünə yalan danışan və öz yalanını dinləyən insan elə bir həddə çatır ki, artıq nə özündə, nə də ətrafında heç bir həqiqəti ayırd edə bilmir və nəticədə həm özünə, həm də başqalarına hörmətini itirir”, – deyə Bəqai sitat gətirib.
İran rəsmisi bildirib ki, bu ifadə ABŞ-nin idarəetmə sistemi və xarici siyasətinin, xüsusilə İran və regionla bağlı mövqeyinin vəziyyətini təsvir edir.
21:10 15.08.2026
Oxunuş sayı: 38