Tehran Vaşinqtona meydan oxudu - qorxmuruq
İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətinə münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qəribabadi qeyd edib ki, strateji əhəmiyyətli Hörmüz boğazını bir tvit, təyyarədaşıyan gəmi, icra sərəncamı və ya seçki çıxışı ilə ələ keçirmək mümkün deyil.
İran rəsmisi bildirib ki, Tehran hədələrdən qorxmur və güc nümayişi ilə təzyiqə boyun əyməyəcək.
“İran təhdidlərdən qorxmur və güc nümayişi ilə qorxudulmağa tabe olmur”, – deyə Qəribabadi vurğulayıb.
Bundan əvvəl Donald Tramp Hörmüz boğazının ABŞ ərazisi elan edilə biləcəyini bildirmişdi. Bu açıqlama Tehran tərəfindən sərt reaksiya ilə qarşılanıb.
20:25 15.08.2026
Oxunuş sayı: 41