Həftə ərzində Moskvaya 1,7 mindən çox PUA hücum edib
Moskva regionuna bir həftə ərzində 1,7 mindən çox pilotsuz uçuş aparatının (PUA) hücum etməyə çalışdığı bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hava hücumundan müdafiə (HHM) sistemləri dronların böyük hissəsini uzaq məsafədə məhv edib. Daha 123 PUA isə Moskva şəhərinə yaxınlaşarkən zərərsizləşdirilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. Hava hücumlarının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdiyi bildirilib.
18:40 15.08.2026
Oxunuş sayı: 39