KİV: Süni intellekt ABŞ şirkətlərinin gəlirlərini artırır, amma yeni iş yerləri yaratmır
Süni intellekt ABŞ şirkətlərinin mənfəətini sürətlə artırsa da, biznesin böyüməsi yeni iş yerlərinin yaradılmasına ciddi təsir göstərmir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ fond bazarı ilin əvvəlindən 13 faiz artıb, “S&P 500” şirkətlərinin mənfəətində median artım isə iki il əvvəlki 8 faizdən 13 faizə yüksəlib. Bu artımın artıq yalnız texnologiya sektoru ilə məhdudlaşmadığı bildirilir.
Bununla belə, iyul ayında ABŞ-da ümumi məşğulluq göstəricisi son 12 ay ərzində beşinci dəfə azalıb. Özəl sektorun il ərzində ayda orta hesabla 50 mindən bir qədər çox yeni iş yeri yaratması isə iqtisadi artımın əmək bazarına zəif təsir etdiyini göstərir.
Nəşr hesab edir ki, ABŞ iqtisadiyyatı qeyri-adi mərhələyə daxil ola bilər: süni intellekt məhsuldarlığı və şirkətlərin mənfəətini artırır, lakin şirkətlər əvvəlki kimi işçi sayını artırmadan böyüyə bilirlər.
13:58 15.08.2026
Oxunuş sayı: 50