Tramp və Mask barışdı: Milyarder respublikaçılara 100 milyon dollar ayıracaq
ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask 2025-ci ildəki qalmaqallı qarşıdurmadan təxminən bir il sonra münasibətləri bərpa ediblər.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Mask Konqresə aralıq seçkiləri öncəsi seçicilərin səfərbər edilməsi kampaniyasına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırır. Mənbələr bildiriblər ki, Tramp və Mask hazırda təxminən ayda bir dəfə telefonla danışırlar, lakin ABŞ Prezidenti onların münasibətlərinin əvvəlki qədər yaxın olacağına ümid etmir.
Münasibətlərin bərpasında vitse-prezident Cey Di Vens və Ağ Evin aparat rəhbəri Syuzi Uaylsın mühüm rol oynadığı qeyd olunur. Maskın ayrıca siyasi partiya yaratmaq planından imtina etməsi də onların yaxınlaşmasına kömək edib.
Xatırladaq ki, Tramp və Mask 2025-ci ilin iyununda prezidentin vergi-büdcə qanun layihəsi ilə bağlı açıq şəkildə mübahisə etmişdilər. Sonradan Mask bəzi paylaşımlarının “həddini aşdığını” etiraf etmişdi.
13:51 15.08.2026
Oxunuş sayı: 47