ABŞ Texasdakı qəzanın ardından ən güclü helikopterlərindən birini dayandırıb
ABŞ Quru Qoşunları Texasda AH-64 Apache tipli hərbi helikopterlərdən birinin qəzaya uğramasından sonra bu tip helikopterlərin təlim uçuşlarını müvəqqəti dayandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun nümayəndələri məlumat verib.
Qərar qəzanın səbəblərinin araşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə qəbul edilib. Araşdırmalar başa çatana qədər AH-64 Apache helikopterlərinin təlim uçuşlarına fasilə veriləcək.
AH-64 Apache ABŞ ordusunun əsas hücum helikopterlərindən biri hesab olunur və əsasən zirehli texnikanın məhv edilməsi, kəşfiyyat və döyüş əməliyyatlarında istifadə edilir.
11:30 15.08.2026
Oxunuş sayı: 46