Dənizlərdə ekoloji həyəcan: meduza bildirişləri 70% artıb
Türkiyə dənizlərində pusula meduzasına dair vətəndaş bildirişləri son iki ildə təxminən 70 faiz artıb. Xüsusilə Mərmərə dənizi və Şimali Egey sahillərində meduzaların daha çox müşahidə edildiyi bildirilir. Mütəxəssislər artımı isti qışlar, dəniz suyunun temperaturunun yüksəlməsi, çirklənmə və axın sistemlərindəki dəyişikliklərlə əlaqələndirirlər.
Crossmedia.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, son iki ildə pusula meduzası ilə bağlı bildirişlərin 31 faizi Çanaqqaladan, 24,1 faizi İstanbuldan, 17,2 faizi isə Tekirdağdan daxil olub. Beləliklə, yalnız bu üç bölgənin payı ümumi bildirişlərin 72,3 faizini təşkil edib. Balıkəsirdən daxil olan bildirişlərin payı 13,8 faiz, Mərmərə dənizi üzrə isə 6,9 faiz olub.
Mütəxəssislər bildirirlər ki, meduzaların sayındakı artımı yalnız bir səbəblə izah etmək mümkün deyil. Dəniz suyunun isinməsi, azot və fosfor kimi qida maddələrinin artması, çirkab sular və plankton miqdarının yüksəlməsi meduzaların çoxalması üçün əlverişli şərait yarada bilər. Bundan başqa, külək və dəniz axınları meduzaları açıq sulardan müəyyən sahillərə daşıya bilər.
04:20 15.08.2026
Oxunuş sayı: 33