İsrail HƏMAS komandirinin məhv edildiyini açıqlayıb
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində HƏMAS bölmə komandirinin öldürüldüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, SAXAL-ın mətbuat xidmətinin məlumatına görə, məhv edilən komandir anklavda fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumların hazırlanmasında iştirak edib.
İsrail əməliyyatın kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini açıqlayıb.
22:02 13.08.2026
Oxunuş sayı: 43