Rotterdam limanında partlayış: 1 nəfər öldü
Niderlandın Rotterdam limanında baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “De Telegraaf” hadisənin ehtimalən enerji şirkəti “Gunvor”un müəssisəsində təmir işləri zamanı baş verdiyini yazıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Yaralananların vəziyyəti barədə əlavə məlumat verilməyib.
17:16 13.08.2026
Oxunuş sayı: 51