Ermənistan müxalifəti hakimiyyətə qarşı birləşir
Ermənistanın “Hayastan” (“Ermənistan”) fraksiyasının deputatı İşxan Saqatelyan “Güclü Ermənistan”la hakimiyyətə qarşı mübarizədə birləşmək və konsolidasiya məsələləri üzrə danışıqlar apardıqlarını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Saqatelyan hakimiyyətin dəyişdirilməsinin əsas yolunun küçə mübarizəsi olduğunu bildirib.
Onun sözlərinə görə, parlament fəaliyyəti və küçə mübarizəsi bir-birini tamamlayan proseslərdir və uğurun yeganə yolu hər iki istiqamətdə eyni vaxtda fəaliyyət göstərməkdir.
Baş nazirə qarşı etimadsızlıq məsələsinə də münasibət bildirən Saqatelyan bunun müxalifətin digər mübarizə üsulları ilə paralel aparıla biləcəyini qeyd edib.
16:58 12.08.2026
Oxunuş sayı: 44