KİV: İran və ABŞ atəşkəsi uzatmaq barədə razılaşmayıb
İran və ABŞ arasında atəşkəsin uzadılması ilə bağlı razılaşma əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tehran hesab edir ki, atəşkəs artıq qüvvədə deyil. İranın mövqeyinə görə, ABŞ memorandumun imzalanmasından 48 saat sonra onu pozub və buna görə də atəşkəsin uzadılması müzakirə olunmur.
Agentliyin məlumatına görə, tərəflər memorandumun icrasına qayıtmaq və onun yerinə yetirilməsi mexanizmlərini müzakirə edirlər, lakin hələlik nəticə əldə olunmayıb.
16:48 12.08.2026
Oxunuş sayı: 38