Ermənistan iqtisadi böhranla üz-üzədir
Ermənistan Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən iqtisadi dalana dirənib.
Crossmedia.az xəbər verir ki, bunu “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, vəziyyət kifayət qədər mürəkkəbdir və qarşıdakı altı ay ərzində daha da ağırlaşa bilər.
Karapetyan qeyd edib ki, Ermənistanın xarici ticarətinin 65 faizi Rusiyanın payına düşür. Deputatın fikrincə, ölkə hakimiyyəti Rusiya ilə münasibətləri daha da pisləşdirmək yolunu seçib, Avropa İttifaqı ilə isə lazımi iqtisadi əməkdaşlıq qurulmayıb.
15:56 12.08.2026
Oxunuş sayı: 33