Putin amerikalı keçmiş hərbçini mübadiləsiz azad edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin keçmiş dəniz piyadası Robert Gilmanı məhbus mübadiləsi olmadan azad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Robert Gilman Rusiyada dörd ildən çox həbsdə olub. Bildirilir ki, Moskva əvvəlki hallardan fərqli olaraq, amerikalını heç bir rusiyalı məhbus qarşılığında azad edib. ABŞ rəsmisi bunu “xoşməramlı jest” adlandırıb.
“Sky News” müxbiri Ayvor Bennett hesab edir ki, qərarın arxasında Kremlin Ağ Ev ilə münasibətləri yenidən yaxşılaşdırmaq və Ukrayna müharibəsi ilə bağlı diplomatik dividendlər əldə etmək cəhdi dayana bilər.
Bennettin fikrincə, Gilmanın azad edilməsi Putini Tramp üçün yenidən danışıqlar aparıla biləcək tərəfdaş kimi təqdim etmək məqsədi daşıya bilər.
15:19 12.08.2026
Oxunuş sayı: 41