Trampın müşaviri jurnalistin sualına əsəbiləşdi
ABŞ Prezidenti Donald Trampın müşaviri Piter Navarro Rusiyaya qarşı sanksiyalar haqqında qanunu Trampın imzalayıb-imzalamayacağı ilə bağlı jurnalistin sualına əsəbi reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Navarro jurnalistdən belə hipotetik suallar verməməyi istəyib.
“Bunun nə olacağı ilə bağlı hipotetik suallar verməyin. Mən sizə faktlara əsaslanan çox yaxşı məlumatlar təqdim edirəm ki, yaxşı məqalələr yazasınız. Gedin və yaxşı məqalələr yazın”, – Navarro deyib.
15:02 12.08.2026
Oxunuş sayı: 49