Cənubi Koreya Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyəcək
Cənubi Koreya Ukraynanın müraciətinə baxmayaraq, Kiyevə öldürücü silah və hava hücumundan müdafiə sistemləri göndərməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Seulun mövqeyi Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi yardım çağırışından sonra açıqlanıb.
Cənubi Koreya bununla yanaşı, Ukraynaya humanitar yardım göstərməyə və ölkənin bərpasına dəstək verməyə davam edəcəyini bildirib.
14:19 12.08.2026
Oxunuş sayı: 43