DSMF-nin xərcləri 10 % artıb
Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 5 % çox - 5 milyard 56 milyon manat, xərcləri isə ötən ilin eyni dövrünə nisbətən 10 % çox - 4 milyard 811 milyon manat təşkil edib.
Crossmedia.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 % çox - 4 milyard 48 milyon manat olub.
13:43 12.08.2026
Oxunuş sayı: 38