Ərdoğan “qardaş ölkələri” Məkkə Sazişinə çağırıb
Türkiyə Səudiyyə Ərəbistanı arasında münasibətlərin strateji xarakter daşıdığını və əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlamasında məlumat verib.
Türkiyə lideri Hörmüz boğazı ətrafındakı vəziyyətə də toxunaraq, boğazın dünya iqtisadiyyatının əsas arteriyalarından biri olduğunu qeyd edib. O, gərginliyin tezliklə azalacağına və boğazda təhlükəsiz, fasiləsiz beynəlxalq gəmiçiliyin bərpa olunacağına ümid etdiyini bildirib.
Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Sazişi”nin hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini vurğulayıb.
Onun sözlərinə görə, saziş kollektiv çəkindirmə və regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Ərdoğan mexanizmin digər “qardaş dövlətlərin” də qoşulması üçün açıq olduğunu bildirib.
11:14 12.08.2026
Oxunuş sayı: 59