Ukrayna ordusu yerüstü robotların alışını artırıb
Ukrayna Silahlı Qüvvələri döyüş tapşırıqlarında istifadə üçün yerüstü robotların kütləvi alışına keçib.
Crossmedia.az xəbər verir ki, “Business Insider” bu barədə məlumat yayıb.
Məlumata görə, rəqəmsal “Brave1 Market” platformasının fəaliyyətə başlamasından indiyədək Ukrayna hərbçiləri 3 000-dən çox yerüstü robot sifariş edib.
Təkcə iyul ayında 640-dan çox belə maşın alınıb. Bu göstərici 2025-ci ilin orta aylıq göstəricisindən 680 faiz çoxdur.
Platforma hərbi texnologiyaların alınmasına 2025-ci ilin aprelindən imkan yaradıb. Oktyabr ayından isə bir çox məhsulu hərbçilərin Rusiya hərbçilərinin və hərbi texnikasının məhv edilməsini təsdiqlədiklərinə görə əldə etdikləri “E-ballar” vasitəsilə almaq mümkün olub.
Yerüstü robotlardan getdikcə daha çox logistika, yük daşınması və yaralıların təxliyəsi üçün istifadə edilir.
Ukraynada robotların istehsalı da əhəmiyyətli dərəcədə artıb. Müharibənin əvvəlində bu texnikanı yalnız bir neçə şirkət istehsal edirdisə, hazırda ölkədə belə istehsalçıların sayı 280-i ötüb.
23:54 11.08.2026
Oxunuş sayı: 46