Astronomlar Rusiyada 12 avqust Günəş tutulmasının ən yaxşı haradan izlənəcəyini açıqlayıb
Avqustun 12-də baş verəcək Günəş tutulmasını Rusiyanın hansı bölgələrindən daha yaxşı müşahidə etməyin mümkün olacağı açıqlanıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, astronomların məlumatına görə, Şimal-Qərb Federal Dairəsinin ərazilərində Ay Günəşin 80 faizindən çoxunu örtəcək.
Məlumata görə, tutulmanı ən yaxşı Kalininqradda müşahidə etmək mümkün olacaq. Lakin Arxangelsk, Petrozavodsk, Murmansk, Pskov və Sankt-Peterburqda buludlu hava səbəbindən təbiət hadisəsini görmək ehtimalı aşağıdır.
02:30 12.08.2026
Oxunuş sayı: 39