Rusiya İsrailin Qəzzadakı fəaliyyətindən narazıdır
Rusiya İsraili Qəzzada atəşkəs rejimini davamlı şəkildə pozmaqda və fələstinli uşaqların ölümünə səbəb olmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək İsrailin Qəzzadakı fəaliyyətini tənqid edib.
Nebenzya İsraili atəşkəs rejimini davamlı şəkildə pozmaqda və fələstinli uşaqların ölümünə görə məsuliyyət daşımaqda ittiham edib.
Rusiya nümayəndəsi, həmçinin müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.
23:28 11.08.2026
Oxunuş sayı: 51