Mossaddan şok etiraf: Fordo nüvə obyektinə dəfələrlə baş çəkdik
İsrailin Mossad kəşfiyyat xidmətinin sabiq rəhbəri Yossi Koen İsrail kəşfiyyatının İranda yerləşən Fordo nüvə obyektini dəfələrlə ziyarət etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Koenin sözlərinə görə, kəşfiyyat agentləri yerin altında yerləşən obyekti dəfələrlə araşdıraraq onun quruluşunu və fəaliyyət xüsusiyyətlərini ətraflı öyrəniblər.
Lakin Koen bu ifadə ilə obyektə fiziki şəkildə daxil olmağı, yoxsa uzaqdan müşahidəni nəzərdə tutduğunu dəqiqləşdirməyib.
O, ABŞ-nin Fordo obyektinə endirdiyi zərbəni isə bütün arzularının həyata keçməsi kimi qiymətləndirib.
23:17 11.08.2026
Oxunuş sayı: 50