Ebola böhranı dərinləşir: Ölənlərin sayı 2 mini keçib
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 2 mini ötüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təsdiqlənmiş Ebola hallarının sayı 4381-ə çatıb. Ölüm nisbəti isə 45,9 faiz təşkil edir.
Hazırda Ebola diaqnozu qoyulan və ya virusa yoluxmasından şübhələnilən 700-dən çox şəxs xəstəxanalarda və tibbi izolyasiya mərkəzlərində müalicə olunur.
20:59 11.08.2026
Oxunuş sayı: 62