Siyasi maneə yoxdur – Ermənistan TRIPP layihəsinin gələcəyini açıqladı
Ermənistan və İran arasında TRIPP layihəsinin icrası məsələsində qarşılıqlı anlaşma əldə olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Handanyan bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.
“Ermənistan və İran arasında TRIPP layihəsi ilə bağlı anlaşma əldə olunub. Düşünmürəm ki, İran-ABŞ münasibətlərindəki gərginlik bu proqramın icrasına təsir göstərə bilər”, – Handanyan deyib.
Deputat qeyd edib ki, dəmir yolu layihəsi də gündəmdə qalır. Hazırda onun tikintisi üçün yer və layihənin məqsədəuyğunluğu araşdırılır. Yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanacağı bildirilib.
Handanyan əlavə edib ki, İrəvan Vaşinqton və Tehran arasında sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir.
19:14 11.08.2026
Oxunuş sayı: 60