Pakistan rəsmisi: ABŞ və İran razılaşmaya yaxındır
ABŞ və İran arasında hər hansı bir razılaşmanın əldə olunması ehtimalı artıb.
Crossmedia.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.
Nazirin sözlərinə görə, son günlər verilən siqnallar tərəflərin sülh sazişi və ya razılaşmaya yaxınlaşdığını göstərir.
“Vəziyyət yenidən sülh razılaşması və ya bir anlaşma istiqamətində inkişaf edir. Son iki-üç gündəki siqnallar göstərir ki, biz hansısa razılaşmaya yaxınıq”, – Asif deyib.
Pakistan rəsmisi mümkün razılaşmanın detalları barədə açıqlama verməyib.
19:07 11.08.2026
Oxunuş sayı: 57