Ermənistanda oliqarxa ağır zərbə: Milyonlarla dollarlıq borcu üzə çıxıb
Ermənistanın tanınmış iş adamı və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana məxsus “Multi Transport” şirkətinin dövlət büdcəsinə təxminən 1,1 milyard dram (2,8 milyon dollardan çox) vergi borcu olduğu bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Məlumata görə, müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkət uzun müddət ərzində maliyyə hesabatlarını təhrif edib.
Vergi orqanlarının apardığı yoxlamalar zamanı müəyyən edilib ki, 2025–2026-cı illər ərzində “Multi Transport” şirkəti göstərdiyi xidmətlərin real həcmini əhəmiyyətli dərəcədə aşağı göstərib.
Komitənin hesablamalarına əsasən, həmin dövrdə şirkətin bəyan etdiyi satış həcmi təxminən 4,3 milyard dram azaldılıb.
18:48 11.08.2026
Oxunuş sayı: 61