Azərbaycan-Özbəkistan münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə R. Məmmədov "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Görüş zamanı Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - o yazıb.
Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə səmərəli əlaqələrin davam etdirilməsi barədə müzakirələr aparıblar.

18:42 11.08.2026
Oxunuş sayı: 58