ABŞ İran sahillərində Panama bayraqlı gəmiyə atəş açıb
ABŞ qüvvələri İran limanlarına tətbiq olunan dəniz blokadasını yarmağa çalışdığı bildirilən Panama bayraqlı Vela Nova gəmisinə atəş açıb.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, gəminin ekipajı blokadanı təmin edən ABŞ qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan sonra ABŞ hərbi helikopteri Oman körfəzində gəminin sükan idarəetmə sisteminə zərbə endirib.
Hadisədən sonra gəmi ekipajını başqa mülki su nəqliyyatı vasitəsinə keçirməyə cəhd edib.
İnsident nəticəsində xəsarət alan olmayıb.
18:07 11.08.2026
Oxunuş sayı: 58