Paşinyan ərəb ölkələrinin səfirləri ilə görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan ərəb ölkələrinin səfirləri ilə Ermənistanla Azərbaycan arasında sülh prosesini və TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə məlumat yayıb.
Görüş zamanı Ermənistan-Azərbaycan sülh gündəliyi, regiondakı son proseslər və TRIPP layihəsinin reallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
17:33 11.08.2026
Oxunuş sayı: 55