Serbiya Rusiyaya vizasız gedişi ləğv edə bilər
Serbiya Avropa İttifaqına inteqrasiya çərçivəsində Rusiyaya tətbiq olunan vizasız rejimi ləğv edə bilər.
Crossmedia.az xəbər verir ki, Serbiyanın Avropaya inteqrasiya naziri Tanja Mişçeviçin açıqlamasına istinadən "Sputnik" bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, Serbiya 2027-ci ilədək Şengen zonasına qoşulmaq üçün tələb olunan şərtləri yerinə yetirməyi planlaşdırır. Bu çərçivədə ölkənin Rusiya ilə vizasız rejimə yenidən baxması mümkün hesab olunur.
17:24 11.08.2026
Oxunuş sayı: 58