Dövlət qurumu əhalinin gəlirlərinin artdığını deyir, bəs əhali nə düşünür?- SORĞU
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artıb. Rəsmi göstəricilər ölkədə gəlirlərin yüksəldiyini göstərsə də, bu artımın vətəndaşların gündəlik həyatına nə dərəcədə təsir etdiyi maraq doğurur.
Maaş və gəlirlərdəki dəyişiklik insanların alış-veriş imkanlarında, ailə büdcəsində və süfrəsində özünü göstərirmi?
Crossmedia.az mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Elmira Axundova: “Mənim maaşım artırılmayıb. Necə var, elə də qalıb”.

Firuddin Məmmədov: “Maaş qalxdıqca hər şey qalxır. Su, işıq, qaz. Ərzaq qiymətləri də artır. Ona görə elə də təsiri yoxdur”.

Zaur İbrahimoğlu: “Artım olmağı yaxşıdır, artanda bir az çox artsa, daha yaxşı olar.”

İsaxanım Məmmədova: “Evi həyat yoldaşım dolandırır, mən maaş almıram. Ona görə mənə təsiri yoxdur”.

Famil Hüseynov: “Mənə aidiyyəti yoxdur, mən pensiya alıram.”

Habil Gülməmmədov: “Mən kənddən gəlmişəm.”

Nigar Xəlilli
Zərnigar Hüseynli
19:00 11.08.2026
Oxunuş sayı: 67