Trampdan ABŞ hərbçilərinə mesaj: Mən onları sevirəm
ABŞ Prezidenti Donald Tramp ölkə hərbçilərinə sevgisini və dəstəyini çatdırmağı müdafiə naziri Pit Heqsetdən xahiş edib.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqsetə istinadən məlumat yayıb.
Heqsetin sözlərinə görə, Tramp ondan hər dəfə amerikalı hərbçilərə dəstək sözlərini çatdırmasını istəyir.
“Pit, onlara de ki, mən onları sevirəm”, – Heqset prezidentin sözlərini sitat gətirib.
Nazir Cənubi Karolinada havanın isti olmasına da zarafatla münasibət bildirib: “Mən Minnesotadan olan norveçliyəm, ona görə də dəli kimi tərləyirəm! Bura avqust ayında Cənubi Karolinadır!”
15:49 11.08.2026
Oxunuş sayı: 68