Ermənistanın KTMT-də səsvermə hüququ məsələsi noyabrda müzakirə oluna bilər
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də keçiriləcək sammitdə müzakirəyə çıxarıla bilər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə istinadən məlumat yayıb.
Qaluzin bildirib ki, təşkilat üzvlərindən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarlar KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətindədir. Onun sözlərinə görə, növbəti Şura iclası noyabrın 11-də Moskvada keçiriləcək.
Rusiya rəsmisi qeyd edib ki, KTMT-nin nizamnaməsi beynəlxalq müqavilədir və təşkilatın bütün üzvləri tərəfindən yerinə yetirilməlidir.
Qaluzinin sözlərinə görə, Ermənistanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi və onun büdcəsi ilə bağlı illik qərarları imzalamaması səsvermə hüququndan istifadə etməməsi deməkdir, lakin bu, ölkənin KTMT qarşısında maliyyə öhdəliklərini aradan qaldırmır.
15:33 11.08.2026
Oxunuş sayı: 61