Regionda yeni müharibə başlayır - Azərbaycan da təsirlənəcək
İran və Ukrayna arasında gərginlik bu dəfə Xəzər dənizinə qədər uzanıb. Ukraynanın Xəzərdə İran gəmisinə endirdiyi zərbə ilə bağlı Tehran Kiyevdən dəymiş zərərin ödənilməsini tələb edir və hadisənin təsadüfən baş verdiyi barədə Ukraynanın açıqlamalarını inandırıcı hesab etmir. İran tərəfi bildirir ki, məsələ həll olunmasa, Ukraynanın məsuliyyətə cəlb edilməsi üçün addımlar atılacaq. Artıq tərəflər arasında diplomatik gərginliyin daha geniş qarşıdurmaya çevrilməsi ehtimalı da gündəmə gəlir. Bu isə Rusiya-Ukrayna müharibəsinin fonunda onsuz da mürəkkəb olan regional təhlükəsizlik mənzərəsini daha da çətinləşdirə bilər.
Belə bir vəziyyətdə əsas suallar ortaya çıxır: İran və Ukrayna arasında yeni müharibə başlaya bilərmi? Gərginliyin daha da böyüməsinin qarşısını almaq mümkündürmü?
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, İran Xarici İşlər Nazirliyinin Ukraynanı Xəzər dənizində gəmiyə hücum zamanı dəymiş zərəri ödəməyə çağırması, iki ölkə arasında yeni diplomatik böhranı gündəmə gətirib: “Bu bəyanat həm hüquqi, həm də siyasi müstəvidə ciddi nəticələr doğura bilər. Hesab edirəm, İran və Ukrayna arasında coğrafi məsafə, hərbi-strateji prioritetlərin fərqli olması və Ukraynanın hazırda Rusiya ilə müharibə şəraitində olması səbəbindən tammiqyaslı müharibə ehtimalı aşağıdır.
![]()
Əgər bu cür münaiqşə alovlanarsa Xəzər dənizi hüquqi status baxımından həssas bölgədir. Burada yeni gərginlik yaranarsa, digər sahilyanı dövlətlər Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan da dolayı şəkildə təsirlənə bilər”.
Politoloq qeyd edib ki, İran-Ukrayna münasibətlərində gərginlik arta bilər amma birbaşa müharibə ehtimalı çox zəifdir: “Filrimcə münaqişə daha çox diplomatik və hüquqi müstəvidə davam edəcək artığının olmasını ehtimal etmirəm”.
Ayhan
14:15 11.08.2026
Oxunuş sayı: 81