Aİ ölkələri Patriot sistemlərini Ukraynaya verməyə tələsmir
Rusiyaya yaxın yerləşən Avropa İttifaqı ölkələrinin mövcud Patriot hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək ehtimalının az olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, “Politico” diplomatik mənbəyə istinadən bu barədə məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rusiyaya daha yaxın ölkələr öz Patriot sistemlərindən imtina etməyə getdikcə daha az meyllidirlər. Buna səbəb həmin ölkələrin hərbi qüvvələrinin mövcud hava hücumundan müdafiə imkanlarını milli təhlükəsizlik tələblərini qarşılamaq üçün yetərli hesab etməməsidir.
Məlumata görə, ukraynalı diplomatlar İspaniya və Yunanıstan kimi ölkələrlə danışıqlar aparırlar. Lakin yekun qərarın ABŞ-dən asılı olduğu qeyd edilir.
Nəşrin diplomatik mənbəsi ABŞ-in bu məsələdə kömək edə biləcəyini, lakin hazırda bunu etmədiyini bildirib.
Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dən müvafiq lisenziya alındıqdan sonra ölkədə Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına başlanmasının bir ildən bir neçə ilə qədər vaxt apara biləcəyini açıqlamışdı.
13:19 11.08.2026
Oxunuş sayı: 65