Tramp qolf oynayarkən hava hücumundan müdafiə sistemi ilə qorunub
ABŞ Prezidenti Donald Trampın avqustun 9-da Nyu-Cersi ştatının Bedminster şəhərində qolf oynadığı vaxt onun təhlükəsizliyi üçün AN/TWQ-1 “Avenger” qısa mənzilli zenit-raket kompleksi yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, “The War Zone” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Məxfi Xidməti Trampın qolf oynadığı ərazidə ABŞ ordusuna məxsus “Avenger” hava hücumundan müdafiə sistemini yerləşdirib. Sistemin prezidentin təhlükəsizliyinin təmin olunmasına cəlb edildiyi bildirilib.
Hadisə ilə bağlı görüntülər əvvəlcə sosial şəbəkələrdə yayılıb. Fotolarda Trampın qolf oynadığı, arxa planda isə tikanlı məftil və “Avenger” zenit-raket kompleksinin olduğu görünür. Ağ Ev görüntülərin həqiqiliyini “The War Zone”a təsdiqləyib.
Məlumata görə, “Avenger” sistemləri “Stinger” raketləri ilə təchiz olunub və qısa mənzilli hava hücumundan müdafiə üçün istifadə edilir. Sistemlərin pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanları da təkmilləşdirilib.
12:42 11.08.2026
Oxunuş sayı: 76