Ermənistanda məhbus xəstəxanasının sabiq işçiləri məhkəməyə üz tutdu
İrəvanda fəaliyyət göstərən “Məhkumlar üçün xəstəxana”nın bağlanmasından sonra işsiz qalan sabiq əməkdaşlar hüquqlarının bərpası tələbi ilə məhkəməyə müraciət ediblər.
Crossmedia.az xəbər verir ki, “Qraparak” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, keçmiş əməkdaşlar Ermənistan Penitensiar Xidmətinin rəhbəri Tsovinar Tadevosyana qarşı iddialar qaldırıblar.
“Məhkumlar üçün xəstəxana” 31 dekabr 2025-ci ildən fəaliyyətini rəsmən dayandırıb. Bunun əvəzinə Penitensiar Xidmətin “Armavir” müəssisəsinin nəzdində “Penitensiar tibb mərkəzi” yaradılıb.
Artıq xidmətin təhlükəsizlik şöbəsinin rəhbəri Vardan Baldranyan məhkəməyə müraciət edib. O, işdən çıxarılması barədə əmrin etibarsız hesab edilməsini və məcburi işsiz qaldığı müddət üçün kompensasiya ödənilməsini tələb edir.
Baldranyanın hansı səbəbdən işdən çıxarıldığı isə məlum deyil. “Qraparak” qəzeti bu barədə məlumat əldə edə bilməyib.
11:22 11.08.2026
Oxunuş sayı: 67