Sosial sığorta ödənişləri KƏSKİN ARTDI – rəqəmlər açıqlandı
2026-cı ilin yanvar–iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 240,4 milyon manat və ya 6,3% artım qeydə alınıb.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4%, qeyri-büdcə təşkilatları üzrə isə 242,9 milyon manat və ya 9,9% artımla olub.
10:37 11.08.2026
Oxunuş sayı: 74