Kiyevdə raket hücumu: uşaq xəstəxanasının ərazisinə raket düşüb
Ballistik raket Kiyevin Şevçenko rayonunda uşaq xəstəxanasının ərazisinə düşüb, hadisə nəticəsində binanın şüşələri və qaz borusu zədələnib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS) bu barədə məlumat yayıb.
Məlumata görə, hücum zamanı uşaqlar və tibb işçiləri sığınacaqda olublar. Hadisə nəticəsində xəstəxanada ölən və yaralanan olmayıb.
Şəhərin digər ərazisində isə anbar binasında yanğın və dağıntı baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
10:09 11.08.2026
Oxunuş sayı: 67