Liviyanın hərbi kəşfiyyat rəhbəri öldürülüb
Liviyanın şərqində yerləşən silahlı qüvvələrin hərbi kəşfiyyat idarəsinin rəhbəri Fövzi əl-Mənsuri sui-qəsd nəticəsində öldürülüb.
Crossmedia.az xəbər verir ki, “Al-Vasat” telekanalı bu barədə məlumat yayıb.
İlkin məlumata görə, general-mayorun avtomobilinə partlayıcı qurğu yerləşdirilib. Hadisə Benqazi şəhərində Aişə məscidinin yaxınlığında baş verib.
“Al Arabiya”nın mənbələri də avtomobilə kustar üsulla hazırlanmış partlayıcı qurğunun yerləşdirildiyini təsdiqləyib. Təhlükəsizlik xidməti hadisəni “terror aktı” kimi qiymətləndirib.
Fövzi əl-Mənsuri 2024-cü ildən hərbi kəşfiyyatın direktoru olub. Bundan əvvəl o, ölkənin cənubunda keçirilən hərbi əməliyyatlarda iştirak edib, Fars körfəzi bölgəsində qoşunlara rəhbərlik edib və Əcdabiyadakı komanda məntəqəsinə başçılıq edib.
10:04 11.08.2026
Oxunuş sayı: 66