Husilər Yəmən ordusuna zərbələr endirib
Husilərin “Ənsar Allah” hərəkatı Yəmənin şimal-şərqində hökumət qüvvələrinin hərbi obyektlərinə raket və PUA-larla zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Yəmən hərbi mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, husilər beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin ordusunun Mərib şəhərindəki kazarmalarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər.
Bununla yanaşı, ölkənin qərb sahilində yerləşən Moha şəhərində Yəmən hərbçilərinin mövqelərinə üç ballistik raket atılıb.
Yəmən Müdafiə Nazirliyi isə buna cavab olaraq ölkənin mərkəzi hissəsində husilərə məxsus raket buraxılış qurğularına zərbələr endirildiyini açıqlayıb.
09:56 11.08.2026
Oxunuş sayı: 72