Hörmüz boğazında gərginlik artır: Bir həftədə 3 gəmi vurulub - YENİLƏNİB
Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) son bir həftə ərzində ona məxsus üç neft tankerinə Hörmüz boğazında zərbələr endirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əmirliklərin ˝Khaleej Times˝ qəzeti məlumat yayıb.
ADNOC-nin bəyanatında qeyd olunub ki, münaqişə başlayandan bəri şirkətə məxsus 15 gəmi Hörmüz boğazından keçərkən raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.
Məlumata görə, yalnız bu həftə üç tankerə hücum edilib. Nəticədə bir ekipaj üzvü həlak olub, 20 nəfər yaralanıb.
Daha əvvəl ADNOC-nin törəmə şirkəti olan ADNOC Logistics and Services iyulun 14-də Hörmüz boğazında şirkətə məxsus Al Bahyah və Mombasa B supertankerlərinin atəşə tutulduğunu açıqlamışdı. Hücum nəticəsində bir dənizçi həyatını itirib, bir neçə nəfər yaralanıb.
Bundan sonra ADNOC şirkətə məxsus tankerlərə qarşı baş verən digər hücumlarla bağlı rəsmi açıqlama verməyib.
20:32
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu həftə ərzində üç gəmisinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
BƏƏ-nin məlumatına görə, insidentlər gəmilərin strateji əhəmiyyət daşıyan Hörmüz boğazından keçidi zamanı baş verib.
Hücumların kim tərəfindən həyata keçirildiyi və hadisələr nəticəsində hər hansı zərərin olub-olmadığı barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur.
22:03 07.08.2026
Oxunuş sayı: 149