Husilər ABŞ və Aİ gəmilərinə hücum etməyəcəklərini bildiriblər
Husilər Qırmızı dənizdə ABŞ və Avropa ölkələrinə məxsus gəmiləri hədəf almayacaqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Məlumata görə, husilər Aİ-yə müraciətlərində kampaniyalarının beynəlxalq gəmiçiliyə deyil, Səudiyyə Ərəbistanına qarşı yönəldiyini bildiriblər.
Qrupun ABŞ-ə da analoji təminat verdiyi və Vaşinqtonla danışıqların Oman vasitəçiliyi ilə keçirildiyi qeyd olunur.
23:19 25.09.2026
Oxunuş sayı: 35