Zelenski: Rusiya Avropada hibrid və dron hücumlarını davam etdirəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Avropa ölkələrinə qarşı hibrid və dron hücumlarını davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenskinin “X” hesabında bu barədə paylaşım edilib.
Zelenski qeyd edib ki, Moldova, Almaniya və Rumıniya da bu cür təhlükələrlə üzləşir. Onun sözlərinə görə, Ukrayna xüsusilə müharibədə ona dəstək verən ölkələrə yardım təklif edib.
Ukrayna Prezidenti bildirib ki, pilotsuz uçuş aparatları ilə bağlı razılaşmalar yalnız dron və raketlərin satışını deyil, birgə istehsal və təcrübə mübadiləsini də əhatə edə bilər.
22:27 25.09.2026
Oxunuş sayı: 37