İspaniya Baş naziri: Süni intellekt alqoritmləri bizi əsarətə salmaq üçün yaradılıb
İspaniyanın Baş naziri Pedro Sançes süni intellekt və rəqəmsal məkan üzərində cəmləşən texnoloji gücün tənzimlənməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Iber Empresa” bu barədə məlumat yayıb.
Sançes Harvard Universitetində çıxışı zamanı yeni oliqarxiyaların süni intellekt və rəqəmsal məkanı nəzarətdə saxladığını deyib. Onun sözlərinə görə, bəzi alqoritmlər insanlara xidmət etmək üçün deyil, onları “əsarətə salmaq” üçün hazırlanıb.
İspaniya hökumətinin başçısı süni intellektin inkişafının şəffaflıq və nəzarət mexanizmləri ilə müşayiət olunmasının vacibliyini vurğulayıb.
22:46 25.09.2026
Oxunuş sayı: 36