Aİ Ukraynaya 6,6 milyard avro ayrılmasına razılaşdı
Avropa İttifaqı ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6,6 milyard avro ayrılması ilə bağlı şərtləri razılaşdırıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına, 1 milyard avrosu avadanlıqların birgə satın alınmasına, 4,7 milyard avrosu isə üzv ölkələrin Ukraynaya göstərdiyi hərbi yardımla bağlı xərclərin kompensasiyasına yönəldiləcək.
Kallas Avropanın Ukraynaya dəstəyini azaltmaq niyyətində olmadığını bildirib.
22:15 25.09.2026
Oxunuş sayı: 39