Rusiya erməni yük maşını sürücülərinin ölkədə qalma müddətini azalda bilər
Rusiya Avropa İttifaqına üzvlük qərarı verəcəyi təqdirdə Ermənistan və digər MDB ölkələrindən olan yük maşını sürücülərinin ölkədə qalma müddətini 180 gündən 90 günə endirə bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Məlumata görə, belə bir qərarın Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı mümkün addımlara cavab olaraq tətbiq ediləcəyi bildirilir. Hazırda yük maşını sürücüləri üçün Rusiyada qalma müddətinin 180 gün olduğu qeyd olunur.
23:50 25.09.2026
Oxunuş sayı: 42