İsrail ordusu Qəzzada iki HƏMAS üzvünü öldürdüyünü açıqladı
İsrail Müdafiə Ordusu Qəzzada HƏMAS-ın iki üzvünün öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, öldürülənlərdən biri HƏMAS-ın hərbi qanadının komandiri olub və 2023-cü il oktyabrın 7-də İsrailə hücumda, həmçinin girovların saxlanılmasında iştirak edib.
İsrail tərəfi digər şəxsin də HƏMAS-ın hərbi qanadının komandirlərindən biri olduğunu bildirib. “The Times of Israel”in məlumatına görə, İsrail ordusu onun tuneldə yeddi girovun saxlanılması ilə əlaqəli olduğunu açıqlayıb.
22:21 25.09.2026
Oxunuş sayı: 40